Tokio olimpiadası təxirə salındı - RƏSMİ/YENİLƏNİB

  Tokio olimpiadası təxirə salındı - RƏSMİ/YENİLƏNİB

Beynəlxalq Olimpiya Komitəsi Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salıb.

"Report"un IOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyasıdır.
Qeyd edək ki, Yaponiya paytaxtında olimpiada bu il 24 iyul - 9 avqustda keçirilməli idi. 

*** 
Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası fonunda Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ətrafındakı vəziyyəti bu gün müzakirə edəcək.
"Report"un NHK telekanalına istinadən verdiyi məlumata görə, telefonla aparılacaq növbədənkənar iclasda IOC prezidenti Tomas Bax, Yaponiyanın baş naziri Sindzo Abe, Tokio qubernatoru Yuriko Koike və Tokio-2020 Təşkilat Komitəsinin sədri Yosiro Mori iştirak edəcək.
Martın 22-də IOC Oyunlarla bağlı qərarı 4 həftə ərzində qəbul edəcəyini açıqlayıb. Lakin tərəflərin bu müddəti gözləməyəcəkləri bildirilir. Abe adi formatda keçirməyin mümkünsüzlüyü təqdirində, olimpiadanın təxirə salınma variantının olduğunu sözləyib. O, hazırkı şərtlərin yarış keçirməyə uyğun gəlmədiyini də əlavə edib.
Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqusta planlaşdırılıb. ABŞ, Kanada və Norveç Milli Olimpiya komitələri olimpiadanın təxirə salınması təklifi ilə çıxış ediblər.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR