“Obamanı heç vaxt bağışlamayacam” – TRAMP

“Obamanı heç vaxt bağışlamayacam” – TRAMP
  • DÜNYA

ABŞ lideri Donald Tramp, öz kitabında həyat yoldaşı, sabiq prezident Barak Obamanın Amerika vətəndaşlığını şübhə altına aldığı üçün onu heç vaxt bağışlamayacağını yazan keçmiş birinci xanım Mişel Obamaya cavab verib.

"Report” CNN telekanalına istinadən xəbər verir ki, Tramp da buna cavab olaraq Amerika ordusu üçün etdiklərinə görə, Barak Obamanı bağışlamayacağını dilə gətirib.
"Polemikaya polemika ilə cavab verəcəyəm, mən onun (Obamanın. – Report) ABŞ ordusunun başına gətirdiklərini heç vaxt bağışlamayacağam. O tamamilə tükənmiş vəziyyətdə idi, mən onu yenidən qaydaya salmalı oldum. Onun ordumuzun başına gətirdikləri, ölkəmizi təhlükə altına atmışdı”, — deyə prezident bildirib.
Bundan əvvəl mətbuat Mişel Obamanın memuarlarına istinadən yazıb ki, o, həyat yoldaşı Barak Obamanın Amerika vətəndaşlığını şübhə altına aldığına görə Trampı heç vaxt bağışlamayağacını və bu səbəbdən onun ABŞ prezidenti olmaq haqqının olmadığını hesab etdiyini bildirib.
 
Aktual.az
Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR