"...o zaman hərbi əməliyyatın olmasına mane olun"   - Günel Səforova müraciət etdi


Bu müraciəti nə ictimai siyasi fəal, nə Qarabağda böyüyən bir insan, nə də vətəndaş kimi etmirəm. Bu müraciəti bir ANAdan eşidirsiniz. Təkcə iki övladın anası kimi yox, ömrüm boyu sevgimi paylaşdığım anası olmayan uşaqların da anası kimi yazıram. Sözsüz ki, biz Qarabağı hansı yolla olur olsun, geri qaytarmalıyıq. Bütün sərhədlərimizi də göz bəbəyimiz kimi qorumalıyıq. Əminəm ki, bunu siz də bizim qədər istəyirsiniz, hakimiyyətin atacağı addımları müəyyən edən qrupda tək ANA olduğunuz üçün sizə müraciət edirəm.
 
Əgər hakimiyyətin düşünülmüş və nəticəsi torpaqlarımızın qaytarılması ilə yekunlaşacaq müfəssəl planı varsa, mənim də canım vətənə fəda olsun. Yox əgər bu hakimiyyəti qorumaq  məqsədi daşıyan və ya daxildəki hansısa qrupun mövqeyini əks etdirəcək plandırsa, o zaman hərbi əməliyyatın olmasına mane olun. Əlbəttə düşmənin hücumu olarsa onlara layiqli cavabı verilməlidir. Biz ana olaraq yenə övladlarımızı itirmək istəmirik. Bu övladlar min əziyyətlə böyüyür, övlad öldüyü gün isə onun anası da ölür.
 
Yüksək vəzifəlilərin, varlıların, məmurların, millət vəkillərinin, nazirlərin övladlarının sərhəddə xidmətinə nail olsanız bu düyümlər tam cözüləcək. Torpaq yalnız kasıbın deyil, hamımızındır.
 
Allah Azərbaycanı və onun övladlarını qorusun!
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR