Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri arasında Qarabağa dair növbəti görüş fevralın 27-də Moskvada keçiriləcək.
"Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya baş nazir müavini Aleksey Overçuk bildirərək bütün tərəflərin görüşdə iştirak edəcəklərini təsdiqlədiklərini də qeyd edib.
Xatırladaq ki, üç ölkənin baş nazir müavinləri səviyyəsində ilk görüşü yanvarın 30-da Moskva şəhərində keçirilib. Qarabağa dair işçi qrupunun üzvləri daşımalar və onların təhlükəsizliyinin təminatına, habelə başqa nəzarət məsələlərinə dair alt qruplar yaratmaq qərarına gəliblər.
Xəbər 247 dəfə oxunub.