"Növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək" – Umayra Tağıyeva


Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib.


Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil: "Açıq dənizdə dalğanın hündürlüyü 5-6 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".

Departament direktoru qeyd edib ki, növbəti 2-3 gün ərzində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək, sonrakı günlərdə daha artıq olacaq.(trend.az)

 
Aktual.az
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR