Nursultan Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur

Nursultan Nazarbayevin nəvəsi polisə hücumda ittiham olunur

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Londonun Kral Məhkəməsində polisə hücumda ittiham edilib.
 
"Report”un məlumatına görə, bu barədə BBC xəbər verirb.
Məhkəmədə ilkin dinləmələrin gedişatında bildirib ki, 28 yaşlı Aysultan narkotik maddənin təsiri altında polislərə müqavimət göstərib. O, asayiş keşikçisini vurub və dişləyib.
Dövlət ittihamçı Qreqor Makkinli bildirib ki, hadisə Londonun mərkəzində mehmanxanalarından birində olub. A.Nazarbayev eyvanda intihar edəcəyi ilə hədələyib.
O, həbs olunub, lakin təqsirini etiraf etməyir.
Nazarbayev bütün iclas boyu heç bir söz deməyib, ancaq prosesdə ona suallar da ünvanlanmayıb.
Daha əvvəl London polisində bildirilib ki, Qazaxıstanın sabiq prezidentinin nəvəsi A.Nazarbayev intihar etmək istəyib.
Xəbər 257 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR