Noyabrda qazla təmin olunan yeni abonentlərin sayı 10 mini ötüb

Noyabrda qazla təmin olunan yeni abonentlərin sayı 10 mini ötüb

Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 824 yeni abonent qeydiyyata alınıb.

"Azəriqaz”dan Aktual.az-a verilən məlumata görə, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 053 yeni abonent qeydiyyata alınıb.
Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342 nəfər təşkil edir. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.
Xəbər 79 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR