Norveç Müdafiə Nazirliyi: “Rusiya Ukraynada böyük itkilər verib”

Norveç Müdafiə Nazirliyi: “Rusiya Ukraynada böyük itkilər verib”
  • DÜNYA

"Rusiya Ukraynada, xüsusilə quruda böyük itkilər verib”.
Aktual.az  xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna rəğmən, Rusiya hava və dənizdəki imkanlarını qoruyub saxlayır: "Zəifləmiş Rusiyanın daha az təhlükəli olduğunu düşünmək olmaz. Biz daha aqressiv Rusiya ilə qarşı-qarşıyayıq”.
Bildirilib ki, Rusiya gözlənilməz addımlar ata bilər: "Rusiya indi müdafiə imkanlarından daha çox nüvə potensialına arxalanır və bu, hamını narahat etməlidir”.
Rusiya ilə Çin arasında əməkdaşlığı və onun necə inkişaf etdiyini də diqqətlə izləmək lazımdır: "Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsi Avropanın təhlükəsizlik mənzərəsini kökündən dəyişəcək”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyun ayından əks-hücum əməliyyatları keçirir.

Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR