Norilskdən Bakıya reys açılır

Norilskdən Bakıya reys açılır

Rusiyanın "NordStar" aviaşirkəti Norilsk-Ufa-Bakı marşrutu ilə və əks istiqamətdə reyslərə bilet satışlarına başlayıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bu reyslər payız-qış mövsümündə, 2019-cu il oktyabrın 27-dən 2020-ci il martın 28-dək həyata keçiriləcək.
Norilskdən Ufaya uçuş hər həftənin cümə günləri yerli vaxtla saat 11:30-da, Ufadan Bakıya uçuş həmin gün saat 15:30 yerinə yetiriləcək.
Bakıdan Ufaya uçuş da hər həftənin cümə günü saat 19:00-da, Ufadan Norilskə uçuş cümədən şənbəyə keçən gecə 01:10-da yerinə yetiriləcək.
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR