“Niyə klounluq edirsən?” — Deputatdan Əli Kərimliyə sillə kimi sözlər!!! (SENSASİON YAZI)

“Niyə klounluq edirsən?” — Deputatdan Əli Kərimliyə sillə kimi sözlər!!! (SENSASİON YAZI)

Deməli belə. Seçkidə iştiraka cəsarəti çatmayan, həmin cəsarətsizliyi 50 cür hoqqa ilə kompensasiya etməyə çalışan Əli Kərimli indi də buyurub ki, hakimiyyət guya bununla mübarizə aparır və onun partiya sədrliyi statusunu əlindən almağa çalışır.

Əvvəla. Bir adam bu zavallının, xəyalpərəstin, ruh xəstəsinin qulağına pıçıldasın ki, haqqında danışdığı və ittiham etdiyi hakimiyyət yoxluqlarla, məchullarla, mövcudatı şübhə doğuranlarla mübarizə aparmır. Daha dəqiq desəm: Ay Əli Kərimli! Sən heç özündən belə ibarət deyilsən. Sən - ətrafındakı 20 nəfəri də hesaba alsaq yenə 0.75 nəfər etmərsən. Sən - yarımçıqsan, sınıq-söküksən, qırıntısan və...belə səpələnmişlərlə, dağılmışlarla, pərakəndələrlə nəinki hakimiyyət, kimsə mübarizə aparmaz!   

İkincisi. AXCP-də kim səni məhkəməyə verib, sən kimdən şikayətçisən –bundan hakimiyyətə nə?! Məgər həmin adamı "gülməşəkər” təşkilatına hakimiyyət gətirib, hakimiyyət qəbul edib?  Yox, əlbət! Bəs o zaman niyə özünə əl qatmısan? Niyə mövzunu kontekstdən çıxarırsan? Niyə günahı başqa yerdə axtarırsan? Niyə təlxəklik, klounluq edirsən?

Üçüncüsü. Yadına salım ki, 1 il öncə Siyasi Partiyaların qeydiyyat prosesi vardı və həmin prosesdə 5 min üzvü necə kəllə-mayallaq, "ala başına-kül başına”, biabırçı, urvatsız şəkildə yığdın, yəqin özünün də xatirindədir.  Və...ardınca bir sual verim: Həmin vaxt kimsə mövcud vəziyyətdən təşkilatına qarşı istifadə etdimi? Bir adam qarşını kəsdimi? Bir adam səninlə ədavət, prinsip apardımı? Xeyr! Hətta tam əksi: güzəşt oldu. Proses yeni idi, ilk idi deyə məhz güzəşt oldu!  Amma sən - Əli Kərimli! – bütün olanları qiymətləndirmək, siyasi partiyalara göstərilən diqqəti, onlara yaradılan bərabər şəraiti, dialoq mühitini, humanist mövqeni təqdir etmək əvəzinə yenə öz hozu fəaliyyətinə davam elədin, yenə qırmızı-qırmızı həyasızlıq elədin, yenə yaramazlıq elədin, yenə şərəfsizlik elədin!

Nəhayət, dördüncüsü. Yazının əvvəlində də vurğulamışdım ki, bütün bu qurduğun oyunlar məhz seçkidə iştirak etməməyi malalamaq, fikri özündən yayındırmaq üçündür.

Və bu məqamda yadıma məşhur bir filmdən epizod düşdü. Daha doğrusu, dialoq.

-       İstəmirsən ki, səni efirdə görsünlər?!
-       Yox!
-       Düz deyirsən, elə səni görməsələr yaxşıdır!

İndi, misalı sənə yaxın, ay Əli Kərimli! Elə düz edib seçkiyə qatılmırsan! Bilirsənmi niyə? Çünki, seçki - sənin kimi satılmışların, vətən xainlərinin, şizofreniklərin, bitmişlərin, tarixin və zamanın zibilliyində çabalayanların, siyasi meyitlərin uğur qazanacağı, özünə ad və yer edəcəyi proses deyil...

Sizinki elə xarici piştaxtalar, özünüzü satılığa çıxardığınız hərraclar, Azərbaycana düşmən kəsilən ölkələrin xüsusi-xidmət orqanlarına aid gizlin ofislər, hər kvartalda dəyişdiyiniz qucaqlar, donos ötürdüyünüz təşkilatlar, kardaşyan ayamalı Sevinc Osmanqızının, qanıpozuq Tural Sadıqlının qurub-yaratdığı əxlaqsızxanalardır...

Axıra qədər də girrələnin oralarda. Heç gəlməyin bu tərəflərə.

Çünki, hazırda siyasi proseslərə verə biləcəyiniz yeganə töhfə, insanlara edə biləcəyiniz tək yaxşılıq iyrənc qoxunuzu hər kəsdən uzaq saxlamaqdır...

Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri


Xəbər 802 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR