Niyaməddin Orduxanlıdan müəllimləri təhqir edənlərə qarşı sərt REAKSİYA

Niyaməddin Orduxanlıdan müəllimləri təhqir edənlərə qarşı sərt REAKSİYA

"Bütün müəllimlərimin qarşısında baş əyirəm"

Fevralın 9-da keçirilən Parlament seçkilərindən sonra sosial şəbəklərdə müəllimlərin təhqir olunmasına etirazını bildirən BAXCP sədrinin müavini, tanımış QHT sədri, politoloq Niyaməddin Orduxanlı baş vermiş hadisəyə kəskin etirazını bildirib:" Müəllimlərə qarşı aparılan bu cür kampaniyanı şiddətlə qınayıram.
Bu yolverilmədir! Nəinki müəllimə, heç kimi təhqir etmək olmaz! Azərbaycan xalqı zəngin mənəviyyata sahib bir xalqdır. İmkan vermək olmaz ki, mental dəyərlərimizə zərbə dəysin. 20 ildən artıqdır ki, siyasətlə məşğulam və dördüncü dəfə idi ki, deputat seçkilərində iştirak edirdim. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən BAXCP-nin namizədi kimi iştirak edirdim. Hər kəs açıq şəkildə gördü ki, yüksək səviyyəli seçki kampaniyası apardıq. Bir dəfə də olsun heç bir rəqibimə etıraz etmədim, onların əleyhinə hər hansı bir fikir bildirmədim, nə də vəkillərim rəqiblərim haqqında hər hansı bir mənfi fikir bildirmədi. 16 namizədin hər birinə hörmətlə yanaşdım.
Təbii ki, sonda YAP namizədi qalib gəldi. Bu seçki marafonu idi. Seçi bitəndən bu günə qədər də hər hansı bir mənfi fikir bildirməmişəm. Ən əsası da odur ki, mən elə fevralın 9-da, seçki günü axşam saat 19:00-da , təvazükarlıqdan kənar olsada deyim ki, ölkədə yeganə siyasətçi namizəd oldum ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində hər hansı bir qanun pozuntusunun, müdaxilənin, maneənin olmadığını bəyan etdim. Bu açıqlamam ölkənin bir çox saytalrında, sosial şəbəkədə geniş yayıldı. "
Niyaməddin Orduxanlının fikirincə, bir qrup şəxs var ki, xüsusən xaricdən tapşırıqla idarə olunanlar və fitlə idarə olunan radikal müxalifət nümayəndələri müəllimlərin təhqir olunması kampaniyasını həyata keçirdirlər:" Bu gün minlərlə izləyici olduğum facebook səhifəmdə müəllimlərin müdafiəsi ilə bağlı "Müəllim olmasaydı yer üzünün bütün insanları cahil, hər yerdə də cəhalət hökm sürərdi! Bütün müəllimlərimin qarşısında baş əyirəm! Müəllimlərə qarşı yazılan təhqirləri şiddətlə qınayıram və təkrar yazıram: Allah olmasaydı, Müəllimə Allah deyərdim!!!" statusu yazmışam. Bu statusumu yüzlərlə insan dəstəkləyib və xeyli tannmış şəxslər dəstəkləyib. Bir daha qeyd etmək istəyirəm ki, heç kimi təhqir etmək olmaz və bunun təşkil edənlərin də məkirli planları var!"
Xəbər 1201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR