Niyaməddin Orduxanlı: "Əli Kərimli sifariş əsasında təxribatla məşğul olur"

Niyaməddin Orduxanlı:

Niyaməddin Orduxanlı:”Əli Kərimli sifariş əsasında təxribatla məşğul olur. Ölkənin sabitliyinin pozulmasına cəhd etmək istəyir. Ailənizi və özünüzü mənasız mərhumiyyətlərlə üz-üzə qoyub Kərimlinin oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın.”


Milli Şura oktyabrın 19-da Bakı şəhərində icazəsiz aksiya keçiritmək niyyətindədir. İcazəsiz aksiyalara partiyaların münasibəti birmənalı deyil. Bununla bağlı "Aktual.az” saytına açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri , politoloq Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimli sifariş əsasında təxribat törətməyə cəhd etmək istəyir:” Əli Kərimlinin 3 övladı var, 1 Amerikda, 2 İngiltərədə yaşayır. Uzun illərdi. Adama deyərlər ki, sən övladlarını xaricdə yaşadırsan, ancaq öz təxribatına başqalarının övladlarını qurban vermək istəyirsən. Bu necə olur? Niyə 28 yaşlı oğlunu icazəsiz aksiyaya qoşmursan?! Gətir Amerikada qoy aksiyaya çıxanların önünə! Gənclərə müraciətim odur ki, özünü nəticə çıxardın. Əli Kərimli əsgərlik yaşını gecmiş oğlunu nəinki aksiyaya, vətənə xidmət borcuna, əsgərliyə göndərmir. Əli Kərimlinin oğlu fərarıdır. Bunu mən sossial şəbəkələrdə yayanda, Səfərbərlik Xidməti rəsmi olaraq mənə bildirdi ki, Türkel Kərimli hal-hazırda hərbi xidmətdən yayınır. Belə bir adamın çağrışına dəstək verməyin. Əli Kərimlinin itirəsi heçnəyi yoxdur.”

Niyaməddin Orduxanlının sözlərinə görə, cənab Prezident İlham Əliyev  son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb:”Əli Kərimli də bunu , xalqın onlara dəstək verməyəcəyindən əmin olduqları üçün Lökbatana getməkdən imtina edir. Çox yaxşı bilir ki, belə bir vəziyyədə Azərbaycan ictimaiyyəti onu dəstəkləmiyəcək. Məqsədli şəkildə  icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq niyyətindədir. Dövlətimizin imicini korlamaq istəyir. Hökümət onların aksiyaya icazə verib. Özü qəsdən razılaşdırılmamış yerdə aksiya keçirtməklə polislə qarşıdurmaya getmək istəyir. Əli Kərimlinin niyyəti nəyin bahasına olur olsun, ölkəmizdə sabitliyin pozulmasına cəhd etməkdir. "
Politoloqun fikirincə, İndiyədək bu tipli qərarları çox olub, ancaq heçnə dəyişməyib:” Narazı insanlara demək istəyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Konkret olaraq Əli Kərimlidən istifadə edirlər. Əli Kərimli sifariş əsasında fəaliyyət göstərən adamdır. Biri gün başqa sifariş gələn kimi, onu icra edəcək. Bu, dəfələrlə sübut olunub. Rüstəm İbrahimbəyovun prezidentliyi məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız mərhumiyyətlərlə üz-üzə qoyub kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın.”

Xəbər 903 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR