Niyaməddin Orduxanlı: “Aslan İsmayılovun tərbiyəsizliyinə son qoyulmalıdır”

Niyaməddin Orduxanlı: “Aslan İsmayılovun tərbiyəsizliyinə son qoyulmalıdır”

 " Aslan İsmayılov Avropda oturub söyüş söyənlərin kanalında nazirləri, prezidentin köməkçilərini, deputatları, partiya sədrlərini, ziyalıları, jurnalistləri, iş adamlarını çox pis formada təhqir etməklə məşğul olur. Bütün bunlara son qoyulmalıdır! ” Aslan İsmayılov BAXCP sədrinin müavini, ölkənin tanınmiş QHT sədri Niyaməddin Orduxanlıni 2 il ərzində altıncı dəfədir ki, xüsusi ittiham qaydasında məhkəməyə verib.


Bu barədə "Aktual.az” saytına açıqlama verən N.Orduxanlı bildirib ki, Aslan İsmayılov bu dəfə də Abşeron rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edib: " Əslində çox eybəcər bir vəziyyətlə qarşılaşırıq. İnsan nə qədər həyasız olarmış! 28 oktyabr tarixində poçt vasitəsin ilə bildirş almışam. Ancaq sən demə, proses oktyabrın 25 təyin edilmişimiş. Deməli iki il bundan öncə Aslan İsmayılov özünün facebook səhifəsində BAXCP sədri , millət vəkili Qüdrət Həsənquliyev haqqında tərbiyəzlik etdi. Öz tərbiyəsizliyinə uyğun yazılar yazdı. Və mən öz liderimi, sədrimi- Qüdrət Həsənquliyevi sosial şəbəkədə müdafiə etmişəm! Məhz, bu, məxluqun söyüşlərinə adekvat cavab yazmışam! 20 ildən artıq müddətdir ki, siyasi fəaliyyətlə məşğulam və o günə qədər də heç bir şəxs deyə bilməzdir ki, kiminsə ünvanına etikadan kənar bir cümlə yazım. Biz bu cür mübarizə yolunu qəbul etmirik. Ancaq Aslan-Allahverdi kimlər həddini aşanda təbii ki, cavablarını da alamalıdırlar! Bundan sonra utanmadan 5 dəfə Səbail rayon məhkəməsinə müraciət edib. Dəfələrlə məhkəmə prosesi keçirilib. Məhkəmə də üzünə demişəm ki, bir cümlə göstər ki, Qüdrət Həsənquliyev sənin adını çəkib , səni və ya kimisə təhqir edib. 60 yaşına çatmısan utanmırsan öz maddi maraqların üçün, İlham Rəhimova yaltaqlanmaq üçün təhqir yazırsan? Ağzına gələn yazırsan? Və bu təhqirə görə də, Qüdrət bəyin müavini kimi təbii ki, cavabını da verməli idim. Belə vəziyyətdə gəlib məhkəməyə də verirsən? Ona dedim ki, yadında saxla təhqir yazsan, 5 qat artığını alacaqsan! " Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Aslan İsmayılov Avropda oturub Azərbaycan dövlətinin və onun prezidenti haqqında anti kampaniya aparan "Obyektiv.tv”-də, "Meydan.TV” -də Azərbaycanın baş prokuroru haqqında, Ədliyyə naziri haqqında, Prezidentin köməkçiləri haqqında, milli məclisin üzvüləri haqqında, partiya sədrləri haqqında, ölkənin aparıcı qəzetlərin, agentliklərin rəhbərləri haqqında, ölkənin tanınmış işa adamları haqqında tərbiyəsizlik edir. Ziyalıları, sadə vətəndaşlarını təhqir edir. Bu iki il ərzində dəfələrə Obyektiv. Tv hə mənim haqqımda təhqirlər işlədib. Artıq bütün matrealları toplayırıq. Və mən də onun bu cür özbaşınalığına son qoyulması üçün məhkəməyə müraciə edəcəm. Həmçinin də də BAXCP sədri Qüdrət Həsənquliyev də bütün bunlara hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edəcək. Bütün bunlar faktdır ki, o insanlar haqqında çox eybəcər söyüşlər söyür. Burada deyiləsi, yazılası mümkün olmayan təhqirlərə əl atır. İnsanların qüruruna toxunur. Aslan –Allahverdinin bu təhqirlərinə son qoyulmalıdır!

Xəbər 1295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR