Nikol Paşinyan ABŞ-a səfərə gedir

Nikol Paşinyan ABŞ-a səfərə gedir
  • DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin gündəliyi açıqlanıb.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, sentyabrın 21-də Nikol Paşinyan ABŞ-a işgüzar səfərə yola düşəcək.
Sentyabrın 22-də Los-Ancelesdə, şəhərin mərkəzində mitinqdə iştirak və çıxış edəcək. Kaliforniya ştatı və şəhərinin rəhbərliyi, erməni icmasının nümayəndələri və erməni KİV-in təmsilçiləri ilə görüşü gözlənilir. Nikol Paşinyanın yerli iş adamlarının iştirakı ilə keçiriləcək biznes foruma da qatılacağı planlaşdırılıb. O, San-Xosedə yüksək texnologiyalar sahəsinin təmsilçiləri, erməni etnik qrupunun nümayəndələri olan mütəxəssislərlə görüşəcək.
Onun Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxışı nəzərdə tutulub. N.Paşinyan BMT-nin baş katibi Antoniu Qutterişlə də görüşəcək.
Proqramda Ermənistan baş nazirinin sessiya çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü barədə məlumat verilməyib.
Xəbər 255 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR