Nikahsız şəhid xanımlarına da "Şəhid ailəsi" statusu verilsin - TƏKLİF

Nikahsız şəhid xanımlarına da

"Bəzi şəhidlərimiz var, evləniblər, ailə qurublar, amma rəsmi nikahda olmayıblar”.
 
Aktual.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər müzakirəsi zamanı Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
 
O qeyd edib ki, qeyri-rəsmi nikahda olan şəhidlərin həyat yoldaşı da şəhid ailəsi kimi tanınmalıdır:
 
"Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir. O körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq. Şəhid xanımı dedi ki, o tək deyil. Bir neçə şəhid ailəsi haqqında belə problem mövcuddur. Mən xahiş edirəm, buna baxılmasına çalışaq”.


Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR