Nigeriyada seçki günü silsilə partlayışlar törədilib

Nigeriyada seçki günü silsilə partlayışlar törədilib
  • DÜNYA

Nigeriyanın şimal-şərqindəki Borno ştatının mərkəzi Maiduquri şəhərində bir neçə partlayış baş verib.

"Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışlar ölkədə bu gün keçirilən prezident və parlament seçkiləri çərçivəsində səsvermənin başlanması ərəfəsinə təsadüf edib. 
"Al Jazeera”nın məlumatına görə, səsvermə başlamasına, təqribən, iki saat qalmış şəhərdə 7 partlayış qeydə alınıb.
Qeyd edək ki, Maiduquri şəhəri daha əvvəl dəfələrlə "Boko Haram” terrorçu təşkilatının hücumlarına məruz qalıb. "Boko Haram” seçkiləri pozacağını açıqlayıb.
Xatırladaq ki, əvvəlcə fevralın 16-na təyin olunmuş seçkilər Nigeriya Müstəqil Milli Seçki Komissiyası (İndependent National Electoral Comission – İNEC) tərəfindən ayın 23-dək təxirə salınıb.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR