Netanyahu bu sazişdən yayınır - HƏMAS

Netanyahu bu sazişdən yayınır - HƏMAS
  • DÜNYA

İsrailin Baş naziri Benyamin Netanyahu girovların azad edilməsi ilə bağlı razılaşmadan yayınır və onu gecikdirir.
Aktual.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü İzzət ər-Rişq deyib.
"Sazişi gecikdirən (girovların azad edilməsi ilə bağlı – red.) indi İsrail tərəfidir, xüsusən də Netanyahu saziş bağlamaqdan yayınır”, - deyə o bildirib.
HƏMAS üzvü onu da qeyd edib ki, girovların azad edilməsinə dair razılaşma atəşkəsdən əlavə, Qəzza zolağına yanacaq da daxil olmaqla, yardımın çatdırılmasını da əhatə etməlidir.
Xəbər 87 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR