Netanyahu Baydenə: Cəsur İran xalqı ilə...

Netanyahu Baydenə: Cəsur İran xalqı ilə...
  • DÜNYA

ABŞ Prezidenti Co Bayden və Amerikada səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş baş tutub.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin X hesabında paylaşım edilib.
Görüşdə İranın təhdidlərinə qarşı durmaq və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq öhdəliyi vurğulanıb.
ABŞ prezidenti İranın nüvə silahı əldə edərək, bölgəni təhlükəyə salmasına heç vaxt imkan verilməyəcəyini bildirib.
"İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi ortaq məqsədimizə etibarlı hərbi təhdid, sarsıdıcı sanksiyalar və rejimə qarşı mübarizə aparan cəsur İran xalqına dəstək ilə nail olmaq olar”,- Netanyahu əlavə edib.
Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR