Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib

Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib

     Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə  növbəti sosial aksiya həyata keçirilib. 

        Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən  rayonun müxtəlif ünvanlarında yaşayan  sosial müdafiəyə ehtiyacı olan 500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət  bayram sovqatları çatdırılıb.
         Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs  Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.









Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR