Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və
sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş
keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif
Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək
Həmrəylik Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi
xidmətlərindən, əlamətdar günün tarixi əhəmiyyətindən və dünya
azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi
rolundan danışıb. Qeyd edib ki, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının
birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq
azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq
işində mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə,
onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu
Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir.
Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş
ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə
yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə
artmış, demokratik təsisatlar
möhkəmləndirilmişdir.
Qeyd olunmuşdur ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu
tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində
ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində
ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail
olunmuşdur.
Çıxışının sonunda İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə
başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse – prezidenti
Mehriban xanım Əliyevanın sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərdiyi
diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən
danışıb.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb,
qaldırdıqları problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq
tapşırıqlar verilib.
Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya öz dərin
minnətdarlıqlarını birdirdilər.
Tədbirin sonunda 700-dən artıq ailəyə müxtəlif çeşidli ərzaqlardan ibarət bayram sovqatları verilmişdir.
Xəbər 342 dəfə oxunub.