Nəsimi rayonunda 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü qeyd olunmuşdur – FOTO

Nəsimi rayonunda  18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü qeyd olunmuşdur – FOTO

 

UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü olunur.

 

Bu günün qeyd olunmasında əsas məqsəd — dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel1984-cü ildə qeyd olunub. Hər il aprelin 18-də dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar, dəyirmi masalar və qəzet məqalələrinə daxil olan müxtəlif fəaliyyət növləri keçirilir.
Azərbaycan Respublikası 2002-ci ildə Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il2 avqusttarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında- Qobustan qoruğunda1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər” Tarix-Memarlıq Qoruğunda3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli,"Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli,"Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır.
2019-cu ilin aprel ayının 18-ində Tarixi Abidələrin Mühafizəsi Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Gənclər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirmişlər. Tarixi Abidələrin Mühafizəsi Günü barədə gənclərə məlumat verən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycan Respublikası Prezidentinin Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində böyük işlər aparılır.
Daha sonra könüllü gənclərin iştirakı ilə rayon ərazisində yerləşən Zorgenin xatirə - memarlıq kompleksində, "1941-1945” xatirə-memarlıq kompleksində, Mustafa Kamal Atatürkün, Koroğlunun, Nəsiminin və digər abidələrin ətrafinda abadlıq və təmizlik işləri aparılmışdır. Daha sonra tədbir Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində gənclərin iştirakı davam etmişdir. Daha sonra tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs kollektivi, 7 saylı musiqi məktəbi və 240 nömrəli tam orta məktəbin istedadlı şagirdləri musiqi nömrələri ilə çıxış etmişlər.






















Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR