Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir.
Rəşid Məmmədov küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən
təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.
Sakinlərdən Arif Alıyev, Siyavuş Kərəmov, Tamella
İsmayılova, Aydın Bünyadov və digərləri
bir sıra məsələlərlə bağlı, o cümlədən binanın və kanalizasiya xəttinin təmiri,
istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin
işıqlandırılması, təmirli binalarda paltarların qurudulması üçün
konstruksiyaların quraşdırılması barədə müraciətlər etmiş, təkliflər irəli
sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın
rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar
qeyd olunmuşdur.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra
Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin,
kommunal xidmət sahələrinin məsul şəxslərinə
müvafiq tapşırıqlar verilmişdir.
Xəbər 190 dəfə oxunub.