Nəsimi rayon gəncləri Quba rayonunda istirahət etdilər – FOTO

Nəsimi rayon gəncləri Quba rayonunda  istirahət etdilər – FOTO

Yay günlərində gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinintəşkilatçılığı ilə tədbirlər keçirilir.


Bununla əlaqədar Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsildə fərqlənən, həmçinin sahibkar gənclərin iştirakı ilə Quba rayonuna ekskursiya təşkil edilmişdir. Gənclər Quba rayonunun ərazisində yerləşən tarixi-mədəni obyektlərlə yaxından tanış olmuşlar.

Həmçinin gənclərin Qubanın yaşıl meşələrinə də maraqlı gəzintiləri təşkil edilimişdir. Gənclər Qubanın Qəçrəş kəndində birlikdə nahar etmiş,əyləncəli tədbirlərdə - idman və intellektual yarışlarda iştirak edərək mənalı istirahət keçirmişlər.

 







Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR