Neftçala İH-yə I müavin təyin olundu

Neftçala İH-yə I müavin təyin olundu

Neftçala Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
 
Aktual.az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun müvafiq əmri ilə Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin təyin olunub.
 
Məmmədov Şaiq 1985-ci ildə Neftçala şəhərində anadan olub, Bakı Dövlət Universitetinin bakalavr təhsil pilləsi üzrə bitirərək hüquqşünaslıq ixtisasına yiyələnib,  2009-2012-ci illərdə "Şirvan-LTD” MMC-də hüquqşünas, 2012-2015-ci illərdə Neftçala rayonu İcra Hakimiyyəti başçısının aparatının Hüquq şöbəsində məsləhətçi vəzifələrində çalışıb, 2015-ci ilin avqust ayından isə 61 saylı Neftçala seçki dairəsində Dairə seçki komissiyasının sədri vəzifəsində işləyib.
 
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR