"Nə qədər yaramaz olasan ki..."- Deputatdan sərt sözlər!


Qarşı cəbhədə hadisələrin dinamikasına nəzər yetirək: 10 ildir "facebook”dan, daha doğrusu kompüter klavişlərindən süzülmüş statuslardan o yana keçməyən "siyasi fəaliyyət” qəfildən oyanma nöqtəsinə qədəm qoyur. 

"Qarabağ Komitəsi” yaranır. Mitinqlər təşkil edilir. Əsl aktivləşmək gərəkdiyi anda - Prezident seçkilərində ağzına su alıb oturan, baykot qərarı verən qüvvələrin birdən ağlına gəlir ki, demə birləşmək lazımmış. Yeni il qabağı Şaxta Baba funksiyası ötürülür Əli Kərimliyə, adam da eləmir tənbəllik, dərələrdən sel kimi, təpələrdən yel kimi dığırlanıb sovqat paylayır, müjdə gətirir, məktub, müraciət imzalayır. Ofis-ofis. Qapı-qapı. Xaricdə yaşayan irz düşmənləri estafeti ötürür yeni simalara. Söyüş dalğası böyüyür, dioqanalını dəyişir. Cəmil Həsənli yenə tarixçi kimi məzuniyyət götürüb olur 1 aylıq siyasətçi. Gülçatayı inandırırlar ki, üzündən nostalgiya makiyajını sil, nikbin ol, bu gün sabahın Xarici İşlər Nazirisən. Xədicə can bir-qan bir "abi”sindən aldığı donoslara öz şizo-xəyal "ürün”lərini də əlavə edib növbəti araşdırma yazılarını hazırlayır. Ötürürlər Qənimətə. Qənimət "Human rights watch”a, "Human rights watch” "The Guardian”na. Və bu da olur, məlum şəbəkənin təbirincə - "dövlət, millət naminə iş”!

“Human rights watch” ile ilgili görsel sonucu

Əlqərəz, məşhur nağılda nəvə anadan, ana atadan, ata nənədən, nənə babadan tutub nəyi çıxartmaq istəyirdisə bunlar da təxminən o haqq - hesabın "peşindədir”. Fəqət, tək fərq odur ki, bu dəfə niyyət saf deyil, birliyin ifadəsinə yönəlməyib, bu dəfə hədəfə gedən yol nadanlıqdan, nakişilikdən, namərdlikdən keçir! 

İnsan nə qədər yaramaz olmalıdır ki, haradansa qamarladığı 5 manatı, ixtiyari resursu siyasi meydanda kişi kimi döyüşməyə, real mübarizəyə, layiqli rəqabətə həsr etmək əvəzinə orda-burda, hansısa Beynəlxalq media məkanında öz dövlətinin Prezidenti, onun ailəsi haqda iftiralar yazdırmağa yönəltsin?

İnsan nə qədər yaramaz olmalıdır ki, anonim hazırlasın, həmin anonimi bilmədiyi ingilis dilinə tərcümə elətdirsin, onu əlyazma şəklində banklarından bolluca qrant daşıdığı Gürcüstana ötürsün, daha sonra redaktə olunmuş formanı "bandit” silahdaşının emaili vasitəsilə Gürcüstandan da Fransaya etaplasın, lap sonra Xədicə üzərindən "OCCPR” - adlı bic törəmənin rəyini alsın + bayaq adını çəkdiyim Beynəlxalq Təşkilatın dəstəyi ilə "The Guardian”da çap elətdirsin, ən axırda da feysbuk statusu yazsın ki, ay camaat niyə ayılmırsız, ölkənin var-dövləti əldən gedir?

“The Guardian” ile ilgili görsel sonucu

İnsan nə qədər yaramaz olmalıdır ki, Zamirə Hacıyevanın yanına emissar göndərsin, kurasiyasında olan girdirmə hüquq müdafiəçilərinin köməyilə Cahangir Hacıyevdən "siyasi dustaq” düzəldəcəyini vəd etsin, ona "hədəfi başqa istiqamətə yönəldib fikri sizdən yayındıracam” - sözünü versin və bütün bunların  əvəzində konkret məbləğ istəsin?

Adam nə qədər yaramaz olmalıdır ki, məlum mövzu ilə bağlı yaxın günlərdə ifşa olunacağı şübhə doğurmayan, artıq deşifrə edilən Xədicənin qanun qarşısında cavabdehliyini əngəlləmək üçün palaz-palaz statuslar yazsın, özünü öz şübhələrilə ayağa versin, qabaqdangəlmişliyin kölgəsinə sığınsın? Adam nə qədər yaramaz olmalıdır ki, bu dünyada bir o qala bir bu – yenə dost olmayacağı, illərdir nifrət edib düşmən kəsildiyi adamların qapısına getsin, hind üslubunda şəkillər paylaşsın, saxta pozalar versin?

Adam nə qədər yaramaz olmalıdır ki, ana-bacı söyüşünü bir qəpiklik edənlərə ehtiram bəsləsin, onlara açıq dəstək nümayiş etdirsin, adlarını böyük hərflərlə yazsın, bəy tərifi desin? (axırda da məlum olsun ki, pulun bir qismi yenə də Gürcüstan üzərindən + tərif müqabilində həmin yaramazın özünə qayıdırmış) Adam nə qədər yaramaz olmalıdır, Orduxana, Mirzəliyə, o köstəbək - narkomana tezislər versin, Prezidentin köməkçisindən üzü deputatlara qədər –  konkret adlar yazıb göndərsin ki, əsas bunları hədəfə alın?İnsan nə qədər yaramaz olmalıdır ki, övladını erməni lobbisinin əsirinə çevirsin, onu qan düşmənlərimizlə zorən dost etsin, "Vaşinqton Post”un erməni əsilli müxbirini Londondakı evinə qədər gətirtsin, hakimiyyət əleyhinə yazılar xahiş etdirsin?

Ä°lgili resim

Arif Məmmədov

Madam ki, beynəlxalq mediaya belə çıxışınız var, bir dəfə də Qarabağ haqda, Xocalı haqda yazı yazdırın. Hollandiyanın Utrext şəhərində erməni diplomat – Xaçaturova balıq qonaqlığı verən və utanmaz-utanmaz "AND” hərəkatı yaradan Arif Məmmədov yox yerdən bir dəfə də kişilik, namus andı içsin, haramzadəliyə tövbə eləsin, donos verdiyi, dezo ötürdüyü qurumlara, medialara bir dəfə də şəhidlərimizlə, işğalla, erməni yaramazlığı ilə bağlı real materiallar göndərsin.

Qənimət Zahid Facebook ile ilgili görsel sonucu

Qənimət öz verilişində Məlikməmməd nağılındakı abstrakt mağaraları gəzmək, qondarma müxalifəti təbliğ etmək əvəzinə bir dəfə də Azərbaycan maraqlarından, milli mənafelərimizin qorunma zərurətindən danışsın. "Meydan Tv” səhərdən axşama, axşamdan səhərə qədər hansısa manqurtun pulu və qrantı müqabilində ölkə rəhbərini, onun ləyaqətli övladlarını hədəfə alan filmlər, video-süjetlər yayımlamaq əvəzinə bir dəfə də güzgüdən özünə, öz satılmış simasına baxıb canlı süjet hazırlasın, öz timsallarında xaricdən doğma vətənə barmaq uzadanların təsvirini versin, obrazını canlandırsın!

***

And olsun bütün inandıqlarıma, olduğu kimi danışıram: Tv-lərin birində  2 müəllif verilişim vardı. 2013-də. Bir gün anonim disk aldım. Açdım. Baxdım. Müxalifət liderlərindən birinin xanımı çox ağır sözlər + nəinki diləgəlimi, hətta eşidilməsi belə ikrah doğuran şeylər söyləyirdi. Hətta söyüşdən də o tərəfə idi. Aşağı ranqda bir-iki adamla məsləhət elədim. Dedilər özün bil, veriliş sənin, disk sənin, fakt sənin. Qırıb atacağımı söylədim + bu fikri ən yuxarı dairələrə çatdırdım. Və ən yuxarı eşalonda oturan hər kəsin sözü bilirsinizmi nə oldu?: - "Qır at, düz edirsən, bunu heç bizimlə məsləhətləşməyə də ehtiyac yox idi. Qadın – hər kimin qadınıdırsa yenə qadındır, xanımdır.  Qadın üzərindən siyasət olmaz. Düşünmədən qır at. Bizim mübarizəmiz kişi mübarizəsidir!”    

Bax bu bizim kişiliyimiz, o da sizin!

Elşən Musayev, Milli Məclisin deputatı.          

Xəbər 3769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR