Nazirlikdən ovçulara ÇAĞIRIŞ

Nazirlikdən ovçulara ÇAĞIRIŞ

Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarix hər il oktyabrın 4-də qeyd olunsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən il boyu mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirilir.
 
Aktual.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu tədbirlərə misal olaraq zubrların, ceyranların reintroduksiya edilərək Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsi və populyasiyalarının artırılması istiqamətində həyata keçirilən layihələri, həmçinin brakonyerliyə qarşı görülən mübarizə tədbirlərini göstərmək olar.
 
"Təəssüf ki, bəzən brakonyerlik hallarına da rast gəlirik. Bu sahədə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları, həm də hüquq-mühafizə orqanları tərəfindən mütəmadi reydlər keçirməklə qayda pozanlara qarşı müvafiq tədbirlər görülür”, - o deyib.
 
Xidmət rəsmisi hər kəsi, xüsusilə də ovçuluq fəaliyyəti ilə məşğul olan vətəndaşları, əcnəbiləri ov qaydalarına qarşı laqeyd münasibətlərini dəyişməyə, ümumiyyətlə təbiətin mühafizəsinə biganə qalmamağa, o cümlədən ovçu məsuliyyətinə əməl etməyə çağırıb.


Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR