Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı xəbərdarlıq

Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı xəbərdarlıq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən verilən məlumata görə, bu aydan şirkətin göstərdiyi internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.
Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR