Nazirlik məktəbdəki atışmanı araşdırır

Nazirlik məktəbdəki atışmanı araşdırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi daxili araşdırmaya başladı


Bakı şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisəyə münasibət bildirib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır.

Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb: "İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda dərsdədir. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək".

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR