Nazirlik icazəsiz ov edən şəxsi 1000 manat cərimələyib

Nazirlik icazəsiz ov edən şəxsi 1000 manat cərimələyib

 Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxsi saxlayıb. 

Bu barədə Aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub. Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.
 
 Aktual.az
Xəbər 64 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR