Nazir uşaq pulu məsələsinə münasibət bildirib

Nazir uşaq pulu məsələsinə münasibət bildirib

"Uşaq pulu ilə bağlı dəfələrdə açıqlama vermişəm bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
"Həmin həssas uşaqlar ünvanlı sosial yardım alır, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi”, - deyə nazir bildirib.


Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR