Nazir: “Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər bundan sonra da davam etdiriləcək”

Nazir: “Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlər bundan sonra da davam etdiriləcək”

"Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkür edirəm".

Aktual.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Heydər Əliyev Mərkəzində keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırıb.

Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.

Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR