Nazir Səbailə yeni polis rəisi təyin etdi

Nazir Səbailə yeni polis rəisi təyin etdi

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad olunub.

Aktual.az-ın məlumatına görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daha bir əmrinə əsasən, Hikmət Qasımov Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev oxu.az-a məlumatı  təsdiləyib.
 
Qeyd edək ki, H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.

Xəbər 1009 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR