Nazir: "Distant təhsil real təhsili tam əvəz edə bilmir"

Nazir:

"Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var, çünki bu cür böhranlı vəziyyətdə sistem boşluqları, ciddi çatışmazlıqlar üzə çıxa bilir".

Aktual.az-ın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə Azərbaycan hökumətinin ayrı-ayrı qurumları tərəfindən verilən qərarlar rasional qərarlardır, bu və ya digər göstəricilər əsasında verilib. Qərarların bu cür verilməsi pandemiya şəraitində Azərbaycanın yaxşı mənada fərqlənən ölkə olduğunu göstərir: "Azərbaycanda tədris bu il bir az gec başlasa da, davamlılığı təmin edə bilirik. Bundan sonra da veriləcək qərarda həmin təhlillərin təsiri olacaq. Təhsilin qarşısında xeyli məqsədlər var, bunlar klassik məqsədlərdir - əlçatanlılığı, davamlılığı təmin etmək, müxtəlif sosial və iqtisadi vəziyyəti olan insanlara bərabər təhsil imkanının yaradılması".

Nazir deyib ki, distant təhsil bəzən əlçatanlılığı irəli aparan alət olur: "Azərbaycan təhsil sistemi distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi. Distant təhsillə həqiqətən biliklərin bir qismini öyrətmək olur, amma bu, real təhsili tam əvəz edə bilmir. Distant təhsil həm texniki, həm də öyrənmə tərəfi ilə tam öyrənməni təmin edə bilmir. Distant təhsilin təsirindən danışmaq hələ tezdir, amma məqsəd daha çox insanı ekran qarşısında oturtmaq yox, onların öyrənməsini təmin etməkdir. Keyfiyyətə nəzarət mexanizmləri olmalıdır, bu olmasa distant təhsil haqqında danışmaq yarımçıqdır. Post-pandemiya dövründə distant təhsil və ya hibrid təhsili artırmaq təcrübəsi qalmalıdır, amma qətiyyən keyfiyyəti itirməməliyik. Ən vacib məsələlərdən biri ayrı-ayrı sosial-iqtisadi qurumların öyrənmə prosesinin monitorinqidir. İlkin fərziyyə budur ki, pandemiya böyük şəhərlərdə, iqtisadi sosial vəziyyəti olan ailələrə daha az, resurslara çıxışı daha az olanlara isə daha çox təsir edir. Pandemiya Bakının mərkəzində yaşayan şagirdlə ucqar kənddə olan şagirdə eyni cür təsir etməyib, öyrənmə itirməyi fərqlidir. Bu, qarşıya başqa sual çıxarır ki, itirilmiş öyrənməyin bərpası mümkündürmü? İstər Azərbaycanın Qarabağ zəfəri, istər pandemiya dövrü bir çox problemlərin həllinin elmi tərəqqidən və elmi təhlillərdən asılı olduğunu göstərdi. Resurslar həmişə məhduddur, çünki çoxdan daha çox var. Məhdud resursla hansı sahəni prioritet seçib inkişaf etdirməliyik, bunu bilməliyik”.

Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR