Nazir azad olunmuş ərazilərdə sosial infrastrukturun qurulmasından danışdı

Nazir azad olunmuş ərazilərdə sosial infrastrukturun qurulmasından danışdı

"Azərbaycanın işğaldan azad olunan hər bir ərazisində tam sosial infrastruktur yaradılacaq".

Aktual.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır:
 
"Regional DOST mərkəzləri, eyni zamanda yaşayış məntəqələrində DOST filialları da olacaq. Eyni zamanda reabilitasiya bərpa mərkəzlərinin, sosial xidmət müəssisələrinin yaradılmasına dair təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hər rayonun baş planı hazırlanan zaman həmin müəssisələr üçün lazımi infrastruktur qurulacaq".
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR