Nazir:  “54.8 milyon manatlıq saxta pensiya işi ləğv edilib”

Nazir:   “54.8 milyon manatlıq saxta pensiya işi ləğv edilib”

"Bu ilin ilk yarısında nəzarət tədbirləri nəticəsində 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib. 603 saxta iş yeri aşkarlanaraq ləğv olunub. Saxta iş yerlərinin ləğvi Dövlət Sosial Müdafiə Fondunun xərclərinə müsbət təsir edib”. 
 Aktual.az xəbər verir ki, bunu Milli Məclisin iclasında "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
 
Onun sözlərinə görə, Fondun əməkdaşlıq etdiyi əsas bankların siyahısına da dəyişiklik edilib və onlara ödənilən vəsait 900 min manat azaldılıb: 
 
"Aparılan islahatlar əsasında ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri sırasında birinci yerdədir”.
 
S.Babayev əlavə edib ki, məhkəmələrdə Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırılan iddiaların sayı azalıb. (Oxu.az)
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR