Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan şəhərində "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla Naxçıvan şəhərində "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon manat ayrılıb.
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR