“Naxçıvan “möcüzəsi”nə sadə cavab: “Bəs, onda Siyavuş Novruzov niyə...”

“Naxçıvan “möcüzəsi”nə sadə cavab: “Bəs, onda Siyavuş Novruzov niyə...”

BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlının meydana çıxması ilə yenidən vüsət alan Naxçıvan mübahisələrə bu gün "Səs” qəzetinin redaktoru İlham Əliyev də qoşulub. "Niyaməddin Orduxanlı nə istəyir” sərlövhəli yazısında İ.Əliyev BAXCP yetkilisini son günlərdə Muxtar Respublika ilə bağlı cəfəng fikirlər, boş və mənasız mövqe sərgiləməkdə günahlandıraraq bildirib ki, Naxçıvana qarşı bilərəkdən kampaniya aparılır, özü də kimlərinsə təqdim etdikləri tezislər əsasında: "Niyaməddin ... (sözlərin etik normaları aşdığını düşündüyümüzdən "...” ilə əvəz etdik) sosial şəbəkədə lideri Qüdrət Həsənquliyevin ağzından qaçırdığı ifadələrini ört-basdır etməyə çalışarkən, nümayiş etdirməyə çalışır ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi niyə xaricdə oturub, Azərbaycanın milli maraqlarına xor baxan "söyüş qrupu"na cavab vermir. Bu ... düşüncəsinə görə, Naxçıvan rəhbərliyi işini-gücünü atıb, açıq-aşkar gədəlik edən mənəviyyatsız bir ovuc ünsürə cavab verməlidir”.

Müəllif, yazısında həmçinin Naxçıvanı öz inkişafına görə ən öndə olan bölgələrimizdən adlandıraraq, bu inkişafın ictimai rəydə "Naxçıvanın möcüzəsi" kimi qiymətləndirildiyini qeyd edib: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan möcüzəsi"ni belə xarakterizə edir: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda, istənilən möcüzəni yaratmaq olar".

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının "Naxçıvan möcüzəsi”nə cavabı isə özünü çox gözlətməyib. O, özünün facebook statusunda yazıb:

"Dostlar iki gün öncə yazmışdım ki, BAXCP sədri Qüdrət Həsənquliyevə total hücum təşkil edənlər görəsən Prezidenti və onun ailəsini təhqir edənlərə qarşı niyə belə kompaniya təşkil etmir. Bu gün İlham adlı bir jurnalist mənə böhtan atmaqla yanaşı, həm də mənə cavab verib ki, xaricdən söyüş söyənlər kimdir ki, Naxçıvan rəhbərliyi onlara cavab versin. Soruşuram, bəs onda YAP rəhbərliyində təmsil olunan Siyavuş Novruzov parlament tribunasından niyə yapçılara müraciət edib deyirdi ki, mövqeyinizi bildirin? Prezidentin siyasi məsələr üzrə köməkçisi söyüş söyən ünsürlərə qarşı dirəniş göstərdiyi üçün hansı təhqirlərə məruz qalmayıb. Sərdar bəyin Qüdrət bəyə hücum etməklə kimə yarınmaq istədiyini isə hamı bilir. Axı onun da xaricdən söyüş söyən qardaşına başqa şeyi bilmirəm ən azı cavab vermirlər. Azərbaycan böyük ölkə deyil...”

 Niyaməddin Orduxanlı bu gün daha bir statusun da yazıb : "Görəsən Naxçıvanda sadə insanlarla necə davranırlar?!

Dostlar, Qüdrət bəyin "Naxçıvanın iqtisadiyyatı gücləndirilməlidir" fikrinə bəzi Naxçıvan rəsmiləri və onların öyrətdiyi gədələr tərəfindən çox təhqiramiz münasibət bildirildi. Naxçıvandan seçilmiş İki deputat istisna olmaqla qalanlarının ciddi tərbiyə problemi olduğu ortaya çıxdı. İstər -istəməz fikirləşirsən ki, iki dəfə həmin bölgədən millət vəkili seçilmiş, həmişə Naxçıvanın problemlərini dilə gətirmiş , Prezident və onun ailəsi xaricdəki mənfur ünsürlər tərəfindən təhqir olunarkən ən sərt mövqe ortaya qoymuş, Naxçıvanın ali vəzifəli şəxsi Türkiyə vətəndaşı tərəfindən namus məsələsində haqsız hücumlara məruz qalanda onun şərəf və ləyaqətinin müdafiəsinə qalxmış, onun təqdir olunası əməlləri barədə ucadan danışmış , konsturiktiv mövqeyi ilə həmişə seçilmiş partiya sədrinə qarşı bu cür əxlaqsız davrananlar görəsən Naxçıvanda sadə insanlarla necə davranırlar?! Bu barədə düşünəndə adam dəhşətə gəlir! Azərbaycan dövlətinin gələcəyinə görə məsuliyyət daşıyan şəxslər ciddi düşünməlidirlər. Deməli , insanlar Naxçıvanı təkcə iş üçün tərk etmirlər. Məni təhqir edənlərə isə demək istəyirəm ki, BAXCP Qüdrət bəyin liderliyi ilə böyük hədəflər uğrunda mübarizə aparan təşkilatdır. Çörçilin sözü olmasın biz hər dəfə dayanıb yol kənarından bizə hürən itlərə daş atsaq mənzil başına gedib çata bilmərik...

Xəbər 2006 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR