Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə bu ölkəyə səfər etməkdən imtina edib.
Aktual.az xəbər verir ki, bu barədə Polşa liderinin beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç X sosial şəbəkəsində yazıb.
O bildirib ki, Ukraynaya səfər əvəzinə iki dövlət başçısının Polşanın paytaxtı Varşavada görüşünün keçirilməsi variantı nəzərdən keçirilir:
"Hazırda qarşıdan gələn görüşün təfərrüatı ilə bağlı fəal hazırlıqlar və müzakirələr aparılır, bu da hər iki tərəfin dialoq qurmaq və regional əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiqləyir”.
Xəbər 40 dəfə oxunub.