NATO-nun üç aviadaşıyıcısı Balkan yarımadası yaxınlığında təlimlər keçirib

NATO-nun üç aviadaşıyıcısı Balkan yarımadası yaxınlığında təlimlər keçirib
  • DÜNYA

ABŞ-ın "USS George Bush”, Fransanın "FS Charles de Gaulle” və İtaliyanın "ITS Cavour” aviadaşıyıcıları İon dənizində təlimlər keçirib.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı əməliyyat donanması məlumat yayıb.
"NATO-nun üç aviadaşıyıcı zərbə qrupu noyabrın 23-də İon dənizində çoxdaşıyıcı əməliyyatlar zamanı Avro-Atlantik regionunda təhlükəsizlik və sabitliyə sadiq olduqlarını nümayiş etdirib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, noyabr ayı ərzində Şimali Atlantikada, Adriatik və Aralıq dənizində beş müttəfiq aviadaşıyıcı zərbə qrupunun fəaliyyət göstərəcək.


Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR