"Nardaranlı Bala" ləqəbli avtoritetin dəstəsinin üzvü tutuldu – 18 ildən sonra


Azərbaycanda 18 ildir axtarışda olan şəxs tutulub.


"Report”un məlumatına görə, 1971-ci il təvəllüdlü İlhan Əliyev "Nardaranlı Bala” ləqəbi ilə tanınan kriminal avtoritet Balaqardaş Dadaşovun dəstəsinin üzvü olub.

İlhan Əliyev 2000-ci ildən Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə axtarışa verilib. Amma o, istintqadan qaçaraq gizlənib. İ.Əliyev 18 ildən sonra saxlanılıb.

Məlumata görə, həmin dəstə üzvləri Azərbaycanda adam oğurluğu ilə məşğul olub. Dəstə üzvlərinin bir qismi artıq cəzalarını çəkərək azadlığa çıxıb.

 
Aktual.az
Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR