“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

"Nar” mobil rabitə bazarında yerli kadrların yetişdirilməsi və gənclərin təhsili başa vurduqdan sonra qısa müddət ərzində peşəkarlara çevrilməsi məqsədilə texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün "Mobil rabitənin əsasları” təlimini təşkil edir. Təlim ödənişsiz əsasda və ali məktəb rəhbərliyinin təşkilati dəstəyi ilə keçirilir. 

Əsas mövzusu mobil şəbəkənin iş prinsipi və rabitə texnologiyaları olan "Mobil rabitənin əsasları” təlimi ali məktəblərin tədris proqramına faydalı əlavə kimi tələbələri mobil rabitənin təcrübi tərəfi barədə bilgiləndirir. Belə ki, bu təlim "Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanır və həyata keçirilir. Bu səbəbdən, təlimdə iştirak edən tələbələr bilikləri birbaşa olaraq işin peşəkarlarından öyrənir və onlara maraqlı olan sualları "Nar”ın nümayəndələrinə ünvanlaya bilirlər.

Təlimin sonunda mobil rabitə sahəsində öyrəndikləri yeni biliklərin göstəricisi olaraq tələbələr "Nar” tərəfindən sertifikatlarla təltif edilir. Bu il ilk təlim Azərbaycan Texniki Universitetinin tələbələri üçün keçiriləcək.

Qeyd edək ki, 2021-ci ilin əvvəlində KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti və "Nar” rəhbərliyi arasında görüş keçirilmiş və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdi. Keçirilən bu təlim də mobil operatorun korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan Texniki Universitetilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən biridir.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR