“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

“Nar” şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən yarışa dəstək oldu

"Nar” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi ailələrindən olan uşaqlar arasında keçirilən "Qəhrəman övladları” yarışına dəstək oldu. "Həmrəy ol, qalib ol” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi qəhrəman övladlarının həyat tərzini istiqamətləndirmək, fiziki və psixi sağlamlıqlarını inkişaf etdirmək, onların bacarıqlarını ortaya çıxarmaq və idmana olan marağını artırmaqdır. 

Şəhid və qazi ailəsindən olan 16 uşağın iştirakı ilə keçirilən estafet yarışması Qəbələ Şəhər Stadionunda açıq havada baş tutub. Qalib gələn qəhrəman övladları "Nar” tərəfindən mükafatlandırılıb. 

Qeyd edək ki, şəhid və qazi ailələrinə xüsusi diqqətin göstərilməsi "Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Mobil operator şəhid və qazi alilələrinin sosial qayğı ilə əhatə olunmasını daim diqqət mərkəzində saxlayacaq. 

Xəbər 219 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR