“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

"Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə verməkdə davam edir. Mobil operator növbəti dəfə NETTY-2019 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub. NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır.

Müsabiqə iştirakçılarının ərizə qəbulu 17 apreldən 24 mayadək http://www.netty.az saytında davam edəcək. 24-31 mayadək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi başlayır. 01 iyunda isə NETTY Akademiyası nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün səsverməyə başlayacaq.
Ənənəvi olaraq, müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: "Dövlət”, "İqtisadiyyat və Biznes”, "Təhsil və Elm”, "Mədəniyyət və Yaradıcılıq”, "İnformasiya və Xəbərlər”, "Elektron Xidmətlər və Ticarət”, "İlin İT-Hadisəsi” nominasiyaları və s.
Qeyd edək ki, bu il də müsabiqə "Nar”-ın əsas tərəfdaşlığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. "Nar” özünün çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların tətbiqinə dəstək olur.
NETTY Azərbaycan milli internet mükafatı 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY, informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR