Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən "Nar”, abunəçilər
və sosial şəbəkə iştifadəçiləri üçün Göyçayda keçiriləcək Nar Festivalında
iştirak imkanı təqdim edən müsabiqəni yekunlaşdırıb. Mobil operatorun rəsmi
Facebook və İnstagram səhifələrində keçirilmiş müsabiqə sosial media
istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, verilmiş məntiqi tapşırığı 275 nəfər düzgün cavablandırıb.
Təsadüfi seçim yolu ilə seçilən 10 nəfər isə "Nar” əməkdaşları ilə birgə
noyabrın 9-da Göyçayda keçiriləcək Nar Festivalında iştirak edəcək.
"Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri
haqqında məlumatı nar.az internet səhifəsindən, eyni zamanda sosial media
səhifələrindən əldə etmək mümkündür.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni
və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar”
ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
97,6%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox
abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər 177 dəfə oxunub.