“Napoli” klub tarixinin ən bahalı transferini reallaşdırıb

“Napoli” klub tarixinin ən bahalı transferini reallaşdırıb
  • İDMAN

İtaliyanın "Napoli” klubu Hollandiya PSV-sində çıxış edən İrvinq Losanonu heyətinə qatıb.

"Report”un məlumatına görə, neapollular 24 yaşlı hücumçu üçün Eyndhoven təmsilçisinə 40 milyon avro ödəyib. Bu, klub tarixində bir futbolçuya ödənilən ən yüksək məbləğdir. Losano "Napoli” ilə 2024-cü ilin yayına kimi müqavilə imzayıb.
İtaliya mətbuatı meksikalı oyunçunun 5 il ərzində 43 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, İrvinq Losano 2017-ci ildən PSV-də çıxış edib. Yarımmüdafiəçi Meksika millisinin də formasını geyinir.
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR