Namiq Qaraçuxurlu üzr istədi

Namiq Qaraçuxurlu üzr istədi

Bir neçə gün əvvəl koronavirusa yoluxan meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yeni paylaşım edib.

Aktual.az xəbər verir ki, sənətçi "Instagram” hesabında səhhəti ilə bağlı məlumat verib.

Meyxanaçı onu sevənlər narahat olmasın deyə virusa yoluxduğunu gizli saxlamaq istədiyini deyib, məlumatın yayılmasına görə isə üzr istəyib:

"Əzizlərim rahatsız olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, bəzi insanlar buna imkan vermədi və hər kəs virusa yoluxduğumu öyrəndi.

Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm və tezliklə sağalıb vətənə dönəcəm”.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyadan ölkəyə qayıtmaq istəyən Namiq Qaraçuxurluda koronavirus aşkarlanıb.

Bu səbəblə də o Moskvanı tərk edə bilməyib və orada karantinə alınıb.

Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR