Naməlum şəxslər Dağıstanda iki polisi qətlə yetiriblər

Naməlum şəxslər Dağıstanda iki polisi qətlə yetiriblər

Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 2 polis öldürülüb.

Aktual.az Trend-ə istinadən bildirir ki, hadisə Kizlyurt rayonunda baş verib. Qara rəngli "LADA Priora" avtomobilindən yol-patrul xidmətinin əməkdaşlarına atəş açan cinayətkarlar 2 nəfəri öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Yaralı xəstəxanaya çatdırılıb.
Hücum edən cinayətkarların sayı məlum deyil. Cinayətkarların axtarışı ilə bağlı xüsusi əməliyyat keçirilir.
 
Aktual.az
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR