Myanmada 40-dan çox məhbus qaçdı - Zibil maşını ilə

Myanmada 40-dan çox məhbus qaçdı - Zibil maşını ilə
  • DÜNYA

Myanmanın cənub-şərqindəki Karen ştatında yerləşən həbsxanadan 41 məhbus qaçıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, məhbuslar zibildaşıyan maşını ələ keçirib və darvazanı sındıraraq həbsxanadan qaça biliblər.
Qeyd olunur ki, məhbuslardan 10 nəfəri ilk gün ərzində tapılıb. Məhbusların qaçırdığı maşın da həbsxanadan 200 kilometr məsafədə tapılıb.

Hazırda digər məhbusların axtarışları aparılır. Onların Tailanda keçə biləcəkləri istisna olunmur.
 
Aktual.az 
Xəbər 240 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR