Mövlud Çavuşoğludan İsrailə ÇAĞIRIŞ

Mövlud Çavuşoğludan İsrailə ÇAĞIRIŞ
  • DÜNYA

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə təşkil etdiyi basqını tənqid edib.
Aktual.az xəbər verir ki, Çavuşoğlu İsrail hökumətindən bu cür hücum və təxribatlardan əl çəkməsini xahiş edib.
Qeyd edək ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə hücum edib.
İsrail qüvvələrinin güllə və gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində bölgədə qarşıdurma baş verib.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, qarşıdurmada 9 fələstinli həyatını itirib, 16 nəfər isə yaralanıb. İsrail qüvvələrinin təcili yardım maşınlarının Cenin düşərgəsinə daxil olmasına mane olduğu bildirilib.(musavat)


Xəbər 923 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR