Mövlud Çavuşoğlu: “ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da...”

Mövlud Çavuşoğlu: “ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da...”
  • DÜNYA

"ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir”.

"Report” "Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərini şərh edərkən deyib.
XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir: "Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir. 
 
Aktual.az
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR